Daha 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 3 072 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU