Daha bir "DƏNİZ KABUSU" - Bataraq ölən yeniyetmənin meyidi tapıldı

# 14:26
23 iyul 2023

 

Dünən axşam saatlarında Astarada dənizdə batan uşağın axtarışları başa çatıb. APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb. "Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR