Daha bir direktorun SƏS YAZISI: "Dərsə gəlməmək 10 manatdır"
Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb.
Ağsu rayon Xəlilli kənd orta məktəbinin direktoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı müəllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir.
Səs yazısında Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir.
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Anar Osmanov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu