Daha bir məktəbdə rüşvət qalmaqalı: Direktorun səs yazısı yayıldı

# 22:31
19 sentyabr 2022

Sumqayıtda məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. İddia olunur ki, orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Eyni zamanda, o da iddia olunur ki, direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor həmçinin müəllimlərin əmək haqlarından pul tutulacağını da deyib.

Hadisəni araşdırmaq üçün məktəbə yollandıq. Şagirdlərdən öyrəndik ki, məktəbin ümumi durumu normaldır. Amma nə qırılıb-tökülsə, düzəltmək üçün şagirdlərdən pul yığılır. Hətta yaxşı oxuyan şagirdlərin şəklini şərəf lövhəsinə vurmaq üçün də pul istənilir.

Bizi girişdə özünü məktəbin həkimi kimi tanıdan xanım qarşılayır. Təbii buna qarşılanmaq demək olarsa… Kamramızı görən kimi səs-küy salır və deyir ki, media nümayəndələrinin məktəbə gəlişi hamı üçün təhlükədir:

Məktəb rəsmisi ilə görüşdükdən sonra üz tutduq Abşeron-Xızı Regional Təhsil İdarəsinə. Nahar vaxtı olduğundan rəhbərliklə görüşə bilmədik.

Düzdür, Səbinə Məmmədova idarə rəsmilərinin məktəbdə olduğunu dedi, ancaq nəyə görəsə heç biri bizimlə qarşılaşmaq istəmədi. Heç zənglərimizə də cavab vermədilər.

Biz də hələlik araşdırmaların nəticəsini gözləyək dedik. Gözləyək, görək xəlbir sudan nə gətirəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR