Daha bir məktəbdən VİDEO YAYILDI: Sinifdə pomidor-yumurta bişirdilər
Son günlər ölkədəki məktəblərdən biabırçı görüntülər yayılır.
APA TV xəbər verir ki, daha bir görüntünü təhsil eksperti Kamran Əsədov paylaşıb. Görüntülərdə şagirdlərin sinfin ortasında yemək bişirdikləri əks olunub.
Belə ki, məktəblilər partaların ortasında isidici üzərində pomidor-yumurta hazırlayıblar.
Hazırda videodakı şagirdlər və məktəb barədə dəqiq məlumat yoxdur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu