Daha bir yeniyetmə qızın FACİƏVİ ÖLÜMÜ
Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib.
APA TV xəbər verir ki, hadisə fevralın 6-da 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb.
Belə ki, yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, naməlum səbəbdən uşağını itirən yeniyetmə reanimasiyaya yerləşdikdən sonra dünyasını dəyişib.
Məsələ ilə bağlı Xəstəxanadan APA-ya verilən açıqlamaya görə, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb", - deyə xəstəxanadan bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib