Daha üç məktəb koronavirusa görə bağlandı
Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib.
Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Bundan başqa, Bakı şəhərində də bir məktəb koronavirus səbəbindən karantinə bağlanıb.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə dərslər dayandırılıb, tədris distant formata davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü