Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi buz bağlayıb - HEYRƏTAMİZ GÖRÜNTÜ

# 15:00
28 yanvar 2023

Azərbaycanın Şuşa şəhərinin yaxınlığında, Daşaltı dərəsində yerləşən Çətir şəlaləsi 30 ilə yaxın düşmən işğalı altında olub.

Yolboyu üzərində Cıdır düzü yerləşən sıldırım qayalıqda qədim yaşayış məskəni olan mağaralar var. Şuşa mağarasının qabağında və ətraf ərazilərdə antik dövrə aid qala divarlarının qalıqları mövcuddur.Təbii ki, Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlamaları və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib.1971-1975-ci illərdə Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq, tarix elmlər doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub.

Çətirə bənzərliyinə görə Çətir Şəlaləsi adlanan şəlaləyə suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi də deyilir. Ətrafından axan sular buz bağlayıb. İnsan özünü nağıllar aləmində hiss edir. Gözəllik insanı valeh edir. İnsan sadəcə nəfəsini çəkib saatlarla dayanıb tamaşa etmək istəyir. Yüz min illərdir ki, Şuşanın dağlarından, qayalarından süzülüb gələn su burdan da Daşaltı çayına tökülür. 30 ildən çoxdur ki, ermənilər bu təbiət möcüzəsinə “Mamrot Kar” və ya “Zontikner” deyirdilər. Həmin illərdə işğalçı rejim Qarabağın belə görməli yerlərinə maksimum turizm cəlb etməyə çalışıb. Xüsusilə Rusiya, Almaniya və Fransadan gələn turistlərə ərazi Ermənistan ərazisi kimi təqdim edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR