Daşkəsən sakinlərini gecələr qorxuya salanlar kimlərdir?

# 16:57
5 aprel 2023

Ötən gün Daşkəsən rayonunda ər və arvadın qətlə yetirildiyi kəndin sakinlər tükürpədən iddialar səsləndiriblər.

APA TV-nin əməkdaşları hadisənin baş verdiyi Mədənçilər qəsəbəsində olub. Gecə saatlarında küt alətlə qətlə yetirilən 86 yaşlı Məhərrəm Məmmədov və onun həyat yoldaşı Pəri Məmmədova sakinlər tərəfindən tapılıb.

Qonşular yaşlı cütlüyü bir neçə gün ərzində görmədiklərindən narahat olublar və yaxınlarına xəbər veriblər.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən rayon sakini 40 yaşlı Şahin Ələsgərov tutularaq istintaqa təhvil verilib. Həmin şəxs Rusiyada da cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.

Sakinlərin dediyinə görə, ümumiyyətlə son günlər qəsəbədə bəzi xoşa gəlməz hallar baş verir, gecələr bəzi şəxs və ya şəxslər tərəfindən evlərin qapıları və pəncərələri döyülür. Hətta soyğunçuluq edilir.  

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid,  APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR