Daşkəsəndə ata oğlunu güllələdi
Daşkəsəndə güllələnmə hadisəsi baş verib.
Rayonun Astaf kəndindəki meşədə qeydə alınan hadisə zamanı ata oğlunu ov tüfəngi ilə yaralayıb. Gədəbəy sakini 36 yaşlı Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin atası, 59 yaşlı Qəşəm Abbasov saxlanılıb. Saxlanılan şəxs hadisəni sərxoş halda törətdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu