Daşkəsəndə şəhidlər xiyabanında şəhid ailələri və qazilər üçün görüş yeri tikildi
Daşkəsəndə şəhidlər xiyabanında şəhid valideyinləri və qazilər üçün yeni tikilmiş görüş yeri və şəhidlərin xatirə guşəsinin açılışı keçirilib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Eşlad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, rayon ictimaiyyəti iştirak edib.
Açılışda dövlət himnimiz səslənib.
Çıxış edənlər şəhidlərimizin 44 günlük Vətən müharibəsində sərgilədikləri qəhrəmanlıqlardan danışıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid ailəsi üzvləri də Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Fuad Nazimoğlu, APA TV, Daşkəsən
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu