Daxili Qoşunların hərbçisi minaya düşdü
Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.
Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib