Dayısı tiktoker qızı niyə öldürüb? ŞOK DETAL

# 14:51
9 dekabr 2021

Göyçayda bacısı qızını boğaraq öldürən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub.

 

APA TV xəbər verir ki, bu ilin may ayında rayonun Bığır kəndində 18 yaşlı Fatma Məmmədova 32 yaşlı dayısı Vüqar Məhəmməd tərəfindən qətlə yetirilib.

 

Cinayət işi materiallarında göstərilir ki, hadisə günü Vüqar Fatmanı yastıqla boğan zaman anası Gülnarə otağa daxil olub və ona mane olmağa çalışıb. Vüqarın ayağından tutaraq onu çəkməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra halı pisləşib və yerə yıxılıb.

 

Vüqar məhkəmə ifadə verən zaman deyib ki, Fatmanı əxlaqsız həyat tərzi sürdüyü üçün öldürüb.

 

“Həmin gecə də bir oğlanla danışırdı. Ona deyirdi ki, səhər gəlib onu aparsın. Bacım otağa girib ona xəbərdarlıq etdi. Amma yenə də saymadı. Mən də bütün kənddə biabır olduğum üçün onu öldürmək qərarına gəldim. Onu yastıqla boğdum. Tam xırıltısı kəsiləndən sonra buraxdım. Əyninə paltar geyindirərək sobanın yanına apardım və evdəkilərə də tapşırdım ki, polisə onun dəm qazından boğulduğunu desinlər”- deyən Vüqar etiraf edib ki, hadisədən sonra bacısının və qızının dəm qazından zəhərlənməsi ilə bağlı yalan məlumat verib.

 

Məhkəmədə mərhumun anası Gülnarə Məmmədova və Vüqarın həyat yoldaşı da ifadə verib. Onlar da Vüqarın dediklərini təsdiqləyiblər.

 

Vüqarın həyat yoldaşı deyib ki, əri Fatmanı boğduqdan sonra bacısı Gülnarəyə “ərinə zəng elə, denən ki, gəlsin qızını basdırsın. O bacarmadı, ancaq mən onun namusunu təmizlədim” deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, Fatmanın dəm qazından boğulması planını Vüqarın həyat yoldaşı təklif edib.

 

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR