Dəhşətli qəza: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR - APA TV
Tovuzda ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 25 yaşlı Həzirətabbas Hümbətov və 17 yaşlı Aykut Atayev hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər - 13 yaşlı Uğur Hüseynov, 21 yaşlı Elşən Quliyev və 20 yaşlı Nurlan Abbasov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi