Dəhşətli qəzanı törədən 19 yaşlı sürücü tutuldu
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücüsü saxlanılıb.
Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli APA TV-yə açıqlamasında bildirib ki, qəzanı törədən yük avtomobilinin sürücüsü, Qobustan sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan markalı yük avtomobili, 171 nömrəli sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu