Dəhşətli zəlzələ 30 metrlik çuxur yaratdı - Mütəxəssislər şokda
Türkiyənin Hatay şəhərində zəlzələdən sonra böyük yarğanlar meydana gəlib.
Sakinlərin sözlərinə görə, zəlzələdən sonra güclü partlayış səsləri eşidilib və yaşıl rəngdə duman çıxıb. Məlum olub ki, partlayış səsləri zəlzələdən sonra yaranan yarğanlardan qaynaqlanırmış. Yarğanlar Hatayın Altınözü qəsəbəsində yerləşən 34 sot zeytun bağını ikiyə bölüb. Bölünmüş çuxurun içərisində parçalanmış qayalar da var. Çuxurun dərinliyi 30, eni 200 metrdir. Yerli mütəxəssislər episentrdən 200 km uzaqda yaranmış bu çuxurun zəlzələnin şiddətindən xəbər verdiyini bildirirlər.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub