Dəm qazından zəhərlənmə nə zaman baş verir?
Azərbaycanda son 12 ildə dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı kəskin azalıb. Bunu "Azəriqaz"ın ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasısı zamanı söyləyib. Onun sözlərinə görə, baş verən xoşagəlməz hadisələrin əsas səbəbi mövcüd qanunvericilik tələblərinin pozulmasıdır.
Eyni zamanda 2011-ci ildə Bakı və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici artıq 1 270 min olub. Tədbirdə abonentlərin sayğaclarının yenilənməsi məsələsinə də aydınlıq gətirilib.
Aksiyada həmçinin bildirildi ki, əsas məqsəd dəm qazından zəhərlənmələri və digər xoşagəlməz hadisələri sıfıra endirməkdir.
Qeyd edək ki, “Açıq qapı” aksiyası feysbuk üzərindən də canlı olaraq yayımlanıb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir