Dəmir yolu keçidində qumbara tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən aşkar edilən 1 ədəd F-1 əl qumbarası zərərsizləşdirilməsi üçün həmin yerdən götürülərək kənarlaşdırılıb.