Dənizdə batan bacılardan biri bu il universitetə qəbul olubmuş - TƏFƏRRÜAT

# 12:50
20 iyul 2022

Bakıda iki yeniyetmə qız dənizdə boğulub.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisindəki çimərliklərdən birində qeydə alınıb. 15 yaşlı Aysun və 17 yaşlı Aysel adlı iki bacı dənizdə çimərkən qəflətən boğulublar. Bacılardan birinin meyiti aşkar edilsə də, digərinin meyitinin tapılması üçün axtarış işləri aparılır.

 

Qeyd edək ki, ailə Xətai rayon ərazisində yaşayır. Aysel bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Ailə onun tələbə adını almasının sevincini yaşayırmış.

 

Kiçik bacı da ali təhsil almaq üçün hazırlıq kurslarına gedirmiş. Onlar istirahət üçün Pirşağıda çimərlik olmayan ərazini seçiblərmiş.

 

Qızların atası hərbiçi, anaları evdar xanımdır. Ailə 4 nəfərdən ibarət idi.

 

Hazırda axtarışlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR