Dənizkənarı Milli Parkda velosipedçilərə qarşı reyd keçirildi
Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə Səbail RPİ əməkdaşları tərəfindən reyd keçirilib.
APA TV xəbər verir ki, ərazidə velosipedlərin hərəkət etməsi üçün müvafiq yerlərin olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla tövsiyələr verilib. Diqqətə çatdırılıb ki, əhalinin istirahət etdiyi Dənizkənarı Milli Park ərazisində velosipedlərin hərəkətini tənzimləyən işarələr vurulub və hər bir velosiped istifadəçisi müvafiq qaydalara əməl etməlidir. Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur. Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - “Yeni Bulvar” və “Bayıl bulvar”da müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir.
Velosiped istifadəçilərinə tövsiyə edilir ki, ərazidə mövcud qaydlara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşsınlar.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub.
Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi