Deputat Aİ-yə qaz ixracında Azərbaycanla Rusiyanın müqayisəsinə qarşı çıxdı

# 12:17
4 mart 2022

“Son günlər Rusiya-Ukrayna müharibəsi fonunda dünya enerji bazarında dəyişikliklər yaşanır”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

 

Deputatın sözlərinə görə, erməni mediasında elə göstərirlər ki, dünya enerji bazarında qiymətlərin artması Azərbaycana sərf edir: “Avropa İttifaqının qaza illik tələbatı 500 milyard kubmetrdir. Bunun ən çox hissəsi, təxminən 40 faizi Rusiyanın payına düşür. Azərbaycan isə 2021-ci ildə 8 milyard kub/metr qaz ixrac edib, bu il 9 milyard kub/metr qaz ixracı nəzərdə tutulub. Gələn il isə ən yaxşı halda 11 milyard kub/metr qazı Avropa bazarlarına çatdırmağı planlaşdırırıq. Bəs necə ola bilər ki, anti-azərbaycan qüvvələri Azərbaycanın 150 milyard kub/metr qaz çatdırması ilə bağlı informasiyalar yayır?”

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR