Deputat: “Ailə problemlərinin çox hissəsi də burdan başlayır”
“Gənclər arasında narkomaniya geniş yayılıb”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyvuş Novruzov “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, dekabrın 23-də polis narkotik satan, yaşı 30-dan aşağı olan 33 gənci saxlayıb: “Bu, tək bir günün statistikasıdır. DİN-in, Gömrük Komitəsinin statistikaları var. Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Gənclərin düzgün tərbiyə olunmasına çalışmalıyıq. Ailə problemlərinin çox hissəsi də burdan başlayır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu