Deputat azyaşlı qızların məcbur ərə verilməsindən danışdı

# 15:01
5 may 2022

“Ölkəmizdə azyaşlı qızların anaları tərəfindən ailə qurmağa məcbur edilməsi faktları var”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, bu və buna oxşar hadisələr insan alveri cinayəti kimi qeydə alınsa, yaxşı olar: “Bunun mümkün olub-olmamasını Seyfulla müəllimdən soruşmaq istəyirəm”.

 

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə illik məlumatı təqdim edib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR