Deputat beynəlxalq təşkilatları qınadı
“Demək olar ki, bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edirlər”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, Prezident müşavirədə qeyd etdiyi kimi beynəlxalq birliyin Azərbaycan üçün vacib olan məsələlərdə bizə kömək etmək niyyəti yoxdur: ”Prezidentin müşavirədə dedikləri də bir çağırış idi. Minatəmizləmə fəaliyyətini işğaldan azad etdiyimiz ərazilərdə davam etdiririk, beynəlxalq birlik, beynəlxalq təşkilatlar Azərbaycana bu sahədə dəstək vermir”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?