Deputat: “Cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

# 19:24
1 fevral 2022

“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

APA TV-nin məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

Bu sahədə cərimələrin artırılmasının yolverilməz olduğunu vurğulayan F. Mustafa deyib ki, Bakıdan Şamaxıya qədər yollar sarı xətdir: “İndi necə edək, Bakıdan Şamaxıya qədər yolda avtomobili saxlamayaq? Cərimələrin artırılması ilə pis vəziyyətdə qalan vətəndaş olacaq. Azərbaycanda alternativ tramvay, trolleybus xətləri var? Burada siyasət dəyişməli və tamamilə yeni baxış ortaya qoyulmalıdır”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR