Deputat əsəbiləşdi: Rüsvayçılıqlar adamı dəhşətə gətirir
“Bu gün Azərbaycanda rektorların çoxu 10 ildən artıqdır işləyir. Bu artıq durğunluq yaradır”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib. Deputat bildirib ki, rektorların dəyişdirilməsi ilə bağlı qanun tətbiq edilməlidir: “32 ildir müstəqillik qazanmışıq, amma universitetlərimiz beynəlxalq reytinqlərdə yer almırlar. Elm və Təhsil Naziliyi “Ali təhsil haqqında” qanunun qəbulunu tezləşdirməlidir. Bu qanunun qəbulu üçün maneələr var. Payız sessiyasında artıq bu qanun qəbul edilməlidir. Bizim milli təhsilimiz artıq inkişaf etməlidir”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu