Deputat: “İnsan alveri ilə məşğul olanlar sosial şəbəkələrin imkanlarından istifadə edirlər”
“İnsan alveri böyük və genişmiqyaslı təhlükədir. Dünyada ən çox gəlir gətirən sahələrdən biri də bu təhlükəli cinayətdir. Bunu yalnız silah satışı ilə müqayisə etmək olar”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, insan alverindən gələn gəlir dünyada 150 milyard dolları ötüb: “Burada 1-ci yeri cinsi istismar tutur. Yalnız 6 %-i dilənçilik, məcburi nikahdı”.
Deputat qeyd edib ki, bu gün insan alveri ilə məşğul olan subyektlər sosial şəbəkələrin imkanlarından geninə-boluna istifadə edirlər: “Sosial şəbəkədə bu təhlükəli cinayət növü ilə mübarizəyə xüsusi diqqət yetirilməlidir”.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik