Deputat öldürüldü, arvadı yaralandı
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra diyarı) Dumasının deputatı Aleksandr Kolodiçin meyiti Yeni Moskva rayonunda aşkarlanıb. Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. APA məlumat yayıb ki, deputatın meyiti Yeni Moskvada fərdi yaşayış evinin zirzəmisində tapılıb və cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Deputatın yoldaşı evdə ağır yaralanmış vəziyyətdə tapılıb və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı 1 nəfər saxlanılıb və həmin şəxsin həyətyanı sahədə çalışan işçi olması bildirilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib