Deputat qanunda maliyyə məsələsinin ədalətsiz olduğundan danışdı

# 15:36
6 dekabr 2022

“1992-1993-cü ildə qəbul edilmiş qanunların dəyişdirilməsinə qısqanclıq duyan adamlardan biri mənəm. Çünki o vaxt o qanunları çox çətinliklə qəbul etmişdik”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

 

Deputat bildirib ki, siyasi mühit artıq dəyişib, amma bu qanunun qəbuluna normal baxmaq lazımdır: “Siyasi partiyanı siyasi dərnəyə çevirmək təşəbbüsləri çoxdur. Azərbaycanda partiyanın adı var, üzvü yoxdur, partiya var, sədri yoxdur. Ona görə də bu qanunun qəbuluna çox müsbət yanaşmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR