Deputat qəbiristanlıqda monitorinq apardı - Pensiya yaşına görə
“Mən yaslarda oluram, o cümlədən qəbiristanlıqlarda monitorinq aparmışam. Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır, 65 yaşdan sonra vəfat edən azdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
Razi Nurullayev Ombudsmanın illik məruzəsində qadınlar üçün əmək pensiyasına çıxma yaşının azaldılmasının təklif edildiyini xatırladıb: “Mən bu təklifi dəstəkləyirəm. Qadınlar üçün pensiya yaşının 60 yaş, kişilər üçün isə 62 yaş olmasını təklif edirəm”.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub