Deputat: “Qiymətləri qaldırıb, Tarif Şurasının arxasında gizlənirlər”
“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışımıza çox etinasız yanaşır. Hərdən elə baxırlar, elə bil Tahir Kərimlini yol polisi saxlayıb”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, heç kimin camaatın çörəyini kəsməyə ixtiyarı yoxdur: “Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar. Bir Tarif Şurası yaradıblar. Qiymətləri qaldırırlar, Tarif Şurasının arxasında gizlənirlər”.
T. Kərimli nazirlərin deputatın suallarına cavab verməməsindən də şikayətlənib: “Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək”.
DİGƏR XƏBƏRLƏR
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycandan keçməklə Ermənistana növbəti yük yola salındı