Deputat Şəkiyə ayrılan pulun azlığından şikayətləndi
“Azərsu” ASC-nin sifarişi ilə Şəki şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması işlərinə 2010-cu ildə başlanıb. 12 il davam edən, hələ də bitməyən layihə çərçivəsində şəhər ərazisində 347 km uzunluğunda su şəbəkəsinin, 266 km uzunluğunda isə kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, 12 ildə layihənin 60 faizi icra olunub: “Şəhərin bütün yolları və küçələri qazıldığından həm yarğanlar əmələ gəlib, həm də müvəqqəti salınan asfalt örtüyünün çökməsi nəticəsində yollar keçilməz olub. Hazırda şəhər ərazisində daha çox istifadə edilən ümumi uzunluğu 40 km, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin təcili surətdə əsaslı təmirinə ehtiyac yaranıb. Bunu da yerli büdcə hesabına etmək qeyri-mümkündür. Şəhər yollarının təmiri üçün Şəkidən 5-10 dəfə kiçik olan rayonlara, Şəkidən 1-2 dəfə çox vəsait ayrılır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi