Deputat siyasi fəalların təltif edilməsini istədi

# 13:42
27 may 2022

“Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloggerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: “Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən bloggerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

 

 

SİYAVUŞ NOVRUZOV - PARLAMENTİN KOMİTƏ SƏDRİ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR