Deputat: “Şuşa turizmin əsas mərkəzlərindən birinə çevriləcək”

# 18:05
31 avqust 2021

”Şuşa yeni quruculuq mərhələsinə qədəm qoyur”.

 

Bu sözləri APA TV-yə açıqlamasında deputat, iqtisadi ekspert Vüqar Bayramlı deyib.

 

Onun sözlərinə görə, Şuşa şəhərində istifadəyə verilən infrastruktur, o cümlədən “Qarabağ” otelinin istifadəyə verilməsi, otel kompleks sisteminin əsasının qoyulması ondan xəbər verir ki, yaxın gələcək üçün Şuşa Azərbaycanda turizmin əsas mərkəzlərindən birinə çevriləcək: “Nəzərə alsaq ki, Şuşanın turizm potensialı olduqca böyükdür. Şuşa cənubi Qafqazda az saylı şəhərlərdən biridir ki, fasiləsiz turizm xidmətləri göstərmək imkanlarına malikdir. Yay-qış mədəni, tarixi, dini,  o cümlədən sağlamlıq turizm imkanları var. Bu baxımdan “Qarabağ” otelinin istifadəyə verilməsi, həm daxili, həm də gəlmə turizminin inkişafı baxımından vacibdir”.

 

Deputat bildirib ki, Şuşa şəhərinin baş planının təqdim olunması, sakinlərinin məskunlaşmasının daha intensiv şəkildə aparılacağından xəbər verir: “Şuşa inkişaf baxımdan, həm infrastrukturun yeniləşməsi baxımdan yeni mərhələyə qədəm qoyur. Eyni zamanda Prezident İlham Əliyevin, eyni zamanda birinci xanım Mehriban Əliyevanın mütəmadi işğal olunmuş ərazilərimizə səfərləri, həm yeni layihələrlə tanış olması, açılışların həyata keçirilməsi, bütün bunlar onu deməyə əsas verir ki, həmin ərazilər daha qısa müddətdə bərpa olunacaq. Həmin ərazilərə gülüş və ya həyat biz gözlədiyimizdən qısa müddətdə qayıdacağı gözlənilir. Bu baxımdan işğal olunmuş ərazilərdə yeni mərhələ başlayır. Bərpadan sonra iqtisadiyyatın inkişafı xüsusən də fərqli sektorların inkişafı ilə müşahidə olunacaq ki, buda Azərbaycanın və həmin bölgənin inkişafı üçün vacibdir”.

Qeyd edək ki, Şuşa tarixi, sağlamlıq və mədəni turizm cəhətdən çox böyük imkanlara malikdir.

 

Semral Cavad
Apa tv









 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR