Deputat tıxacın aradan qaldırılması üçün dənizdən istifadəni təklif etdi
“Tıxaclarla bağlı problemi həll etmək üçün dənizdən istifadə etmək lazımdır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, qardaş Türkiyədə bu təcrübədən artıq istifadə olunub: “Sadəcə, dəniz üzərində bir neçə dayanacaq qurulmalıdır. Bu olsa, Baklı ilə Sumqayıt arasında, o cümlədən Günəşlidən gələndə olan tıxaclar da aradan qaldırılar. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı iş gücləndirilməlidir”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi