Deputat: “Xocalı soyqırımını törədənlər hələ də azadlıqda gəzir”
“Bütün sivil dünya xəcalət hissi keçirməlidir ki, Xocalı soyqırımını törədənlər hələ də azadlıqda gəzir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, Rusiya Federasiya Şurası və Rusiya Dövlət Dumasına müraciət edilsin: “Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə ermənilərin azərbaycanlılarla inteqrasiyası istiqamətində konkret addımlar atsınlar. Xocalıya ermənilərin məskunlaşdırılmasını dayandırsınlar. Biz xocalılıların öz yurd yuvalarına qayıtmasını biz təmin etməliyik. Xocalı soyqırımını törədənlərə xüsusi tribunalın təşkil olunması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edək. Böyük dövlətlər, xüsusilə BMT TŞ üzvləri öz bildiyini edir. Bu müraciətimizə müsbət cavab verəcəklərini düşünmürəm, o qədər sadəlövh deyiləm. Amma biz bu müraciəti ünvanlamalıyıq. Belə ağır cinayət törətmiş ermənilərin əməllərinə hələ də siyasi və hüquqi qiymət verilməyib”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu