Deputatdan təklif: Büdcə təşkilatlarında çalışanların yaş həddi qaldırılsın
“Bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputat bildirib ki, son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb:
“Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib