Deputatlar arasında insident - İCLAS YARIMÇIQ DAYANDIRILDI
Ermənistan parlamentində sərhəddəki vəziyyət və demarkasiya ilə bağlı qapalı dinləmələr keçirilib.
APA TV xəbər verir ki, dinləmələr zamanı deputatlar arasında qalmaqal yaşanıb. Belə ki, “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan çıxışı zamanı bir neçə dəfə “Qarabağı unudanlar vətən xainidirlər” ifadəsindən istifadə edib. İclasa sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan həmkarını etik çıxışa dəvət edib. Tələblərə itaətsizlik göstərən deputat zaldan uzaqlaşdırılıb.
Erməni mətbuatının yaydığı məlumata görə, bundan sonra qalmaqal daha da böyüyüb. Müxalif və iqtidar deputatları arasında insident baş verib, parlamentin sədr müavini Ruben Rubinyan iclası yarımçıq dayandırıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu