​​​​​​​Deputatlarımız Atatürk Universiteti ilə tanış olublar

# 19:09
17 aprel 2023

Aprelin 15-də Milli Məclisin bir qrup üzvü Türkiyənin Ərzurum şəhərində olublar. Qardaş ziyarətində olan deputatların növbəti səfəri Atatürk Universitetində olub. Təhsil müəssisəsi barədə məlumat verən rektor Ömər Çomaklı deputatlara bildirib ki, dünyanın ilk 200 universiteti sırasında olan Atatürk Universiteti Türkiyənin və bölgənin ən tanınmış təhsil müəssisəsidir.

Rektor vurğulayıb ki, hazırda universitetdə 70 mindən çox tələbə təhsil alır. Tələbələr üçün hər bir şəraitin olduğunu vurğulayan Ömər Çomaklı qeyd edib ki, elmi layihələr üçün hər il 100 milyon lirədən çox vəsait ayrılır.

Rektor deputatlara il ərzində 100-dən çox patent almaq üçün müraciət edildiyini də bildirib.

Tibbi sahəsində önəmli uğurlara imza atıldığını da qeyd edən rektor vurğulayıb ki, Universitetin texnologiya ilə bağlı hədəfləri də var.

Görüşdə təhsil və elm sahəsi ilə bağlı müzakirələr də aparılıb. Daha sonra rektor deputatlara xatirə hədiyyəsi təqdim edib.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR