Dərsdən çıxıb və bir daha geri qayıtmayıblar – APA TV
Abşeronda iki məktəbli qız itkin düşüb. Yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar. Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər. Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan Məmmədli Saray və Muradzadə Aydan adlı qızlar saat təqribən günorta 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.
Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron rayon Polis idarəsinə məlumat veriblər. Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu