DİN sosial şəbəkələrdə insanları aldadanlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar açaraq insanları aldadan hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
APA TV-nin xəbərinə görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır:
"Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla, məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar, Daxili İşlər Nazirliyi və digər aidiyyatı dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri