Dilqəm Əsgərov Həsən Həsənovun məzarını ziyarət edib
Erməni əsirliyindən azad edilərək Azərbaycana gətirilən Dilqəm Əsgərov dostu Həsən Həsənovun məzarını ziyarət edib.
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcər rayonunda yaxınlarının məzarını ziyarət edərkən erməni quldurları tərəfindən əsir götürülüb. Bu zaman H.Həsənov orada qətlə yetirilib, D.Əsgərov və Ş.Quliyev isə 6 ildən artıq erməni əsirliyində saxlanılıb.
İkinci Qarabağ müharibəsindən sonra əldə olunan razılaşmaya əsasən, D.Əsgərov və Ş.Quliyev Azərbaycana qaytarılıb. Onlar bir müddət karantin rejimində saxlanıldıqdan sonra bu gün doğmalarının yanına buraxılıblar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU