DİN Ramazanda yardım etmək istəyənlərə müraciət ünvanladı
Daxili İşlər Nazirliyi Ramazan ayında yardım etmək istəyənlərə müraciət edib.
Nazirlikdən verilən xəbərə görə, müraciətdə deyilir:
"Yardım edək, ancaq aldanmayaq!
Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradıb bank kartları paylaşaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.
Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini tövsiyə edir, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik".
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu