DİN vətəndaşlara müraciət etdi – VƏTƏNDAŞLARI KİM VİDEO-ŞANTAJ EDİR?    

# 12:31
11 iyun 2022

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə geniş yayılmış saxta hesablarla vətəndaşların şantaj edilməsi hallarına münasibət bildirib.

 

Bu barədə DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev şəxsi feysbuk hesabında paylaşım edib.

 

Paylaşımda deyilir: “Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var. Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR