Diqqət! Bu cür tüstü bacaları evlərə ölüm gətirir - APA TV

# 18:15
21 oktyabr 2022

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası keçirilib. Aksiyada ölkə ərazisində qış mövsümünə hazırlıq və yarana biləcək təhlükələr haqqında danışılıb.


Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov vətəndaşları qış aylarında tüstü bacalarını quraşdırarkən ehtiyatlı olmağa çağırıb. O bildirib ki, vətəndaşlar kustar üsulla tüstü bacaları quraşdırmasınlar. Normal tüstü bacaları quraşdırılmalıdır, əks təqdirdə məsuliyyyətsizlik xoşagəlməz halların baş verməsinə səbəb olur. Xüsusilə də, həyət evlərində yaşayan şəxslər ehtiyatlı olmalıdırlar. Onun sözlərinə görə, yaxın günlərdə təhlükəsizlik məqsədilə evlərdə yoxlamalar aparılacaq: “Bizim əsasən payız-qış mövsümündə yarana biləcək təhlükələr hansılardır, hansı ki, sizlər də dəfələrlə bunu işıqlandırmısınız. Dəm qazının əmələ gəlməsi problemidir, qaz sızması nəticəsində yarana biləcək partlayış və yanğın təhlükəsidir. Həm metana qarşı həssas detektorlar var, həm dəm qazına qarşı həssas detektorlar var. Mütləq mətbəx otaqlarında metana qarşı həssas detektorlar quraşdırılmalıdır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni qazlaşdırma aparılan bütün ərazilərdə bizim sayğacların girişində xüsusi klapanlar var. Həmin dedektorlar əgər quraşdırılan zaman o klapanla birbaşa əlaqələndirilir onlar və içəridə müəyyən faizdə qaz sızması olan zaman avtomatik olaraq sayğacın girişində qaz bağlanır. Və ona görə də hadisənin artıq baş verməsinin qarşısı alınır”.

 

İlkin Behbudov onu da bildirib ki,  cari ilin 9 ayı ərzində əsasən dəm qazı, yanğın, partlayış kimi ümumilikdə 219 hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 8 nəfər dünyasını dəyişib. 5 partlayış və yanğınla müşahidə olunan hadisə baş verib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR