Direktora görə müəllimlər məktəbi tərk edir, kənddən köçüb gedirlər

# 05:33
18 yanvar 2023

Sabirabad rayon Əhmədabad kənd ümumi orta məktəbin idman müəllimi Murad Əhmədovun məktəb direktoru Nəsibə Bağırova ilə bağlı redaksiyamıza müraciətindən sonra adi çəkilən məktəbdə olduq.

 

Müəllim iddia edir ki, direktor öz qohumlarını işə götürür, digər müəllimləri sıxışdırır.  Qohumlarına çox, digər müəllimlərə isə az dərs saatı yazır. Məktəbdə hökm sürən özbaşınalıqlar 10-a qədər müəllimin məktəbdən çıxıb getməsinə səbəb olub.

İddialara görə direktorun məktəb kitabxanasında işə düzəltdiyi şəxs hazırda qolbağ həbsindədir. Direktor müəllimlərin maaşına əlavələr yazdırıb, yazılan məbləğin böyük hissəsini özünə götürür.

 

Məktəb direktoru Nəsibə Bağırova iddialar münasibət bildirib. Nəsibə Bağırova səsləndirilən iddiaların heç bir əsası olmadığını bildirib.

 

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, əvvəllər narkotikə görə həbsdə olan şəxsin təhsil müəssisəsində işləməsi yolverilməzdir. 

 

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirildi ki, ümumtəhsil məktəblərində dərs bölgüsü müəllimlərin diaqnostik qiymətləndirmə nəticələrinə görə aparılır. Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbdə dərs bölgüsü yuxarıda qeyd edilən qaydalara uyğun aparılıb. Müəllimlərin işə qəbulu isə MİQ imtahanlarının nəticələrinə əsasən aparılır. Məktəblərdə digər işlərə qəbul isə Regional Məşğulluq İdarələrinin məktəblərdə vakant yerə verdiyi göndəriş əsasında qəbul aparılır. Adı çəkilən məktəblə bağlı digər məlumatlar isə həqiqətə uyğun deyil.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR