Doğum günündə nəşi tapılan şəhid Sənanın hekayəsi

# 19:39
27 sentyabr 2023

 

27 sentyabr - bu tarix şanlı zəfəri qazanmağımız üçün bir başlanğıc, erməni tapdağındakı torpaqlarımızı azad etmək, xalqımıza yaşadılan faciələrin qisasını almaq üçün seçilmişdi. 44 gün sürən Vətən Müharibəsi boyunca neçə-neçə oğullarımız düşmənə sinəsini sipər edərək, 30 illik yaramızı sağaltdılar. O oğullardan biri də Fizuli uğrunda gedən döyüşlərdə şəhid olan Sənan Abdullayevdir. Şəhidin atası deyir ki, oğlunun nəşi 45 günə tapılıb. Ən böyük arzusunun oğlu ilə çiyin-çiyinə döyüşə getmək olduğunu deyən ata Sənanın anası ilə olan söhbətini də xatırladı. Sənan sanki şəhid olacağını hiss edirmişcəsinə anasına səbirli, mətanətli olmağı tapşırıbmış. Qeyd edək ki, Sənan Abdullayev oktyabrın 5-də Füzulinin azad olunması zamanı snayper gülləsinə tuş gəlib. Onun nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub. Sənan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR