Domino oynamaq üçün bir yerə toplaşdılar - POLİS 11 NƏFƏRİ YAXALADI
Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi hallarına rast gəlinməkdədir.
APA TV-nin məlumatına görə, belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib.
Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.
Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi