Dörd rayonda şəhid ailələrinə və müharibə veteranlarına ev verilib
Ucar, Şəmkir, Saatlı və Lerikdə 25 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayonunun Bərgüşad kəndində evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fuad Musayev və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbədən keçirdikləri sevinc, fərəh hisslərini bölüşüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fuad Musayev şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirlərinin davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8404 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işlər aparacaq.
Zahid Abışov,
Devran Əsgərov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri