Dostunun oğlunu şirnikləndirib oğurluğa apardı
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Məhkəmənin qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu